News
“Nature”: Tapılan üzvi molekullar Marsda həyat izlərinə işarədir
Jul 21, 2023 | 11:11 / Interesting information
Read 581 time (-s)

NASA-nın Marsda həyatın izlərini axtaran “Perseverance” kosmik apartı bu planetdəki Jezero gölü kraterində maraqlı kəşf edib. Karterdən üzvi molekullar tapılıb.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı araşdırma "Nature" jurnalında dərc olunub. Bu, Yer kürəsində həyatın yaranmasına töhfə verdiyi güman edilən mürəkkəb geokimyəvi prosesləri öyrənmək üçün imkanlar açır.

 

Üzvi molekulların olması faktı təkcə göl kraterinin gillərində deyil, həm də Yerə gələn və ehtimal ki, Mars mənşəli olan meteoritlərdə də təsdiqlənib.

 

Tədqiqatçılar hesab edirlər ki, həyatın tikinti materialları kraterin torpağında uzun müddət mövcud ola bilər ki, bu da ərazini heç olmasa yaşayış üçün əlverişli edir.

 

Ancaq planetoloqlar və astrobioloqlar bu molekulların həyatın göstəriciləri olduğu iddialarını son dərəcə ehtiyatla ifadə edirlər. NASA Jet Propulsion Laboratory (JPL) planetoloqu Sunanda Şarma bildirib ki, bütün mümkün qeyri-bioloji mənbələri istisna etmək lazımdır.

JOURNALS
Useful links