Jun 24, 2023 | 09:50 / Education
23 iyun 2023-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi ilə keçirilən elmi seminarda İnstitutun “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının kiçik elmi işçisi, fəlsəfə doktoru proqramı üzrə doktorant Alışanlı Gülnar İlqar qızının “Yaşıl kimyanın prinsipləri əsasında alunitin kompleks emalı” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra doktoranta elmi seminarın üzvləri və dəvət olunmuş digər iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.