News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi A.A. Quliyevanın “Daşkəsən dəmir filizinin zənginləşməsindən alınan tullantıların kompleks emalı” adlı kitabı dərc olunmuşdur.
Jun 23, 2023 | 12:59 / Publications
Read 647 time (-s)

Təqdim olunan kitabda Daşkəsən rayonu ərazisində yerləşən dəmir filizinin zənginləşməsindən alınan tullantıların tərkibindəki sənaye əhəmiyyətli metalların çıxarılması haqqında məlumat verilir. Daşkəsən dəmir filizinin emalından alınan tullantıların tərkibinə daxil olan metalların (Co, Cu, Zn, Mn) zəif turşu məhlulu ilə yuyulub çıxarılması, həmin metalların çökmə və sorbsiya üsulları ilə qatılaşdırılıb çıxarılması haqda məlumatlar kitabda öz əksini tapmışdır.

Kitab elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri, eləcə də əlvan metallurgiya sahəsində ixtisaslaşan tələbələr və aspirantlar üçün nəzərdə tutulub.

"Daşkəsən dəmir filizinin zənginləşməsindən alınan tullantıların kompleks emalı." A.A. Quliyeva. Bakı: Elm – 2023, s. 184

JOURNALS
Useful links