News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.
Jun 21, 2023 | 12:59 / Conferences, assemblies
Read 1251 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral sorbentlər” laboratoriyasının müdiri Ağayeva Zenfira əməkdaşları Abdullayeva Leyla və Bayramova Sevinc ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə 19-20 iyun 2023-cü il tarixlərində Bakı şəhərində keçirilmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər. Elmi işçi Abdullayeva Leyla “Ecological aspects of Karabakh land revival” adlı məruzə ilə, elmi işçi Bayramova Sevinc isə “Study of the adsorption properties of polyfunctional sorbents based on natural alumosilicates” adlı məruzə ilə çıxış etmişlər.

Həmçinin, 6 saylı laboratoriyanın elmi işçisi Şabanova Çimnaz konfransda “Azərbaycanda tullantıların idarə olunmasının rəqəmsal modeli” mövzusunda çıxış etmişdir.

JOURNALS
Useful links