News
“Chemical Problems” jurnalının “Scopus” indeksləşmə bazasında 2022-ci il üçün impakt faktoru elan edilmişdir.
Jun 09, 2023 | 12:28 / Important events
Read 683 time (-s)

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş. Əliyev tərəfindən təsis edilib, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2100-dən artıq elmi məqalə dərc olunmuşdur.

Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Jurnal  dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində  qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb.  Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun həmtəsisçisi olduğu “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, RSCI – Web of Science platformasında eLibrary və Clarivate Analytics bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılmışdır.

2021-ci ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir (https://www.scopus.com/sourceid/21101065070).

Bu il üçün “Scopus” bazasının analiz parametrləri üzrə elan olunan nəticələrinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləmişdir. Belə ki, jurnalın 2021-ci ildə 0.1 olan İF-u, 2022-ci il üçün 0.6 elan edilmişdir.

Bu münasibətlə jurnalın baş redaktoru Vaqif Fərzəliyevi, redaksiya heyətini və yaradıcı kollektivini təbrik edirik və daha böyük uğurlar əldə etmələrini diləyirik.

 

Qeyd edək ki, “Chemical Problems” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan tövsiyyə olunan jurnallar siyahısına daxildir.

 

JOURNALS
Useful links