News
Photo
İstitutumuzun doktorantının təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Jun 01, 2023 | 09:00 / Education
Read 1149 time (-s)

31 may 2023 cü il tarixində saat 10:00-da ETN-nin akad. M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 15 saylı laboratoriyasının doktorantı Əlibala İsmixan oğlu Kərimovun 3303.01- «Kimya texnologiyası və mühəndisliyi» ixtisası üzrə “Modifikasiya olunmuş seolitlər üzərində metiltsikloheksanın metiltsikloheksadienə selektiv oksidləşdirici dehidrogenləşmə reaksiyasının optimal layihələndirilməsinin elmi əsasları” mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun 3, 14, 20 və 15 saylı laboratoriyalarının əməkdaşları iştirak etmişlər.

Elmi məsləhətçi: akad.  A.M.Əliyev

Elmi rəhbər: k.ü.f.d.   Z.A.Şabanova

Dissertasiya işini təqdimatından və rəyçilər t.e.d. Xasay Feyzullayev və t.ü.f.d. Qoşqar Əliyevin çıxışından sonra iştirakçılar tərəfindən iddiaçıya verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda doktorant Kərimov Əlibala İsmixan oğlunun dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

JOURNALS
Useful links