News
Serotonin
Mar 14, 2023 | 09:38 / Interesting information
Read 688 time (-s)

Serotonin kimyəvi quruluşuna görə biohgen amin turşularının triptamin adlanan sinfinə daxil olan sevinc hormonudur. 

N2OC10H11

Serotoninin quruluş formulu (5-(hai)tryptamine;5-HT)

Serotonin epifizdən ifraz olunur. İfraz olunması azaldıqda qan damarları daralır, çoxalanda isə genişlənir. Onun ifraz olunması azaldıqda, əsasən, insanın gözünə müxtəlif varlıqlar (ruh, kabus və s.) görsənir. Çox zaman stress, yorğunluq və ac qalmaq onun ifraz olunmasını azaldır. Oksigen, qusma, içində amin turşuları olan qidalar (pendir, qara şokolad və s.), içində triptapin adlanan amin turşusu olan qidalar (banan, süd, balıq, əncir, pomidor və s. ) seratoninin səviyyəsini yüksəldir.

Serotonin MSS-də neyromediator rolunu oynayır. Serotoninergik neyronlar beyin sütununda, varol körpüsündə və tikiş nüvələrində yerləşir. Körpüdən onurğa beyninə enən proyeksiyalar gedir. Tikiş nüvələrindən beyinciyə, limbik sistemə, bazal qanqlilərinə və beyin qabığına qalxan proyeksiyalar daxil olur. Tikiş nüvəsinin dorzal və medial nüvələrindən bir-birindən morfoloji, elektrofizioloji, innervasiya hədəflərinə görə və bəzi agentlərə qarşı , məs. metafetaminə qarşı həssaslığı ilə fərqlənən aksonlar çıxır.

Dilqəm Tağıyev, Asif Məmmədov "Duyğularımız və kimya". Bakı: Elm, 2022, 190 s.

JOURNALS
Useful links