News
Photo
İnstitutun əməkdaşi elmi konfransda məruzə ilə çixiş etmişdir.
Nov 29, 2022 | 10:00 / Conferences, assemblies
Read 1642 time (-s)

1 saylı laboratoriyanın elmi işçisi Günel Əzimova 24-25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə bölməsində  “Ətraf mühitin mühafizəsi: Sənaye və Məişət Tullantılarının təkrar emalı” mövzusunda keçirilmiş Respublika Elmi konfransında “Oksid əsaslı çoxkomponentli katalizatorların sintezi və onların aktivliklərinin karbon monooksidin oksidləşməsi reaksiyasında öyrənilməsi”  mövzusu üzrə məruzə ilə çıxış etmişdir. G.Əzimova institutda bu istiqamətdə apardığı tədqiqat işləri barədə, o cümlədən zol-gel yanma metodu, onun üstünlükləri, xassələri, mexanizmi haqqında geniş məlumat vermişdir. Gənc alim auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermiş və apardığı tədqiqat işlərinin nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

JOURNALS
Useful links