News
Photo
Kimya elmləri üzrə problem şurasının növbəti iclası keçirilmişdir.
Oct 06, 2022 | 14:28 / Conferences, assemblies
Read 1764 time (-s)

Oktyabrın 6-da akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya doktorant yeni qəbul olmuş tədqiqatçıların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət gördü. Bundan başqa, Problem Şurasının üzvləri təklif etdilər ki, Nazirlər kabineti qarşısında ixtisaslarda dəyişiklik edilməsi haqqında məsələ qaldırılsın. Məsələn, 2305.01- Nüvə kimyası ixtisası, “Radiasiya kimyası” ixtisası ilə əvəz edilsin.

İclasda 2305.01 – Nüvə kimyası, 2317.01- Nanokimya və nanomateriallar, 2303.01 – Qeyri-üzvi kimya ixtisasları üzrə 3 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 1 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.

JOURNALS
Useful links