News
“Sabahın alimləri” XII respublika müsabiqəsinə start verilir
Sep 23, 2022 | 12:56 / Education
Read 895 time (-s)

ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflərdən biridir.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri qazanan Azərbaycan məktəbliləri ISEF-də iştirak edəcəklər. 

JOURNALS
Useful links