News
Photo
Kimya Elmləri üzrə Problem Şurasinin ilk iclasi keçirilmişdir
May 08, 2021 | 14:30 / Conferences, assemblies
Read 3310 time (-s)

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasinin ilk iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasinin sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq tədbir iştirakçılarını salamlayıb, gündəlikdə duran məsələləri diqqətə çatdırıb, şuranın işinə uğurlar arzulayıb.Akademik bildirib ki, müvafiq elmi istiqamətlər üzrə problem şuralarının yaradılmasının əsas məqsədi ölkədə müvafiq elmi istiqamətlər üzrə aparılan elmi tədqiqat işlərinin koordinasiya edilməsi, müxtəlif elmi təkilatların fundamental və tətbiqi sahədə birgə elmi tədqiqatlarının həyata keçirilməsinin təmin edilməsidir. Sonra akademik dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında danışdı. Akademik bildirdi ki, dissetrasiya işlərinin mövzuları müvafiq elm sahəsinin aktual problemlərini özündə əks etdirməli perspektivli sahələri əks etdirməlidir.

Daha sonra gündəlikdə olan məsələlərin müzakirəsi Kimya Elmləri üzrə Problem Şurasinin sədr müavini prof. Akif Əliyevə həvalə edildi. Onun sədrliyi ilə 2314.01 Neft kimyası, 2316.01 Kimyəvi kinetika və kataliz, 2307.01 Fiziki kimya və 2304.01 Makromolekulyar kimya ixtisasları üzrə 7 dissertasiya mövzularının adları ətraflı müzakirə edildi. Sonda bir neçə dissertasiya mövzusu adlarının dəyişdirilməsi və korrektə olunması tövsiyyə edilməklə təqdim olunan dissertasiya mövzularının adları təsdiq olundu. 

 

 

 

JOURNALS
Useful links