News
Kimyaçı alim Amerika Kimya Cəmiyyəti tərəfindən sertifikata layiq görülmüşdür.
Mar 19, 2021 | 14:00 / Important events
Read 2330 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıya Amerika Kimya Cəmiyyəti (ACS) tərəfindən 2020-ci ildə ACS nəşriyyatının fəaliyyətinə verdiyi elmi töhfəyə görə təşəkkür məktubu və müvafiq sertifikat göndərilib.

Qeyd edək ki, Amerika Kimya Cəmiyyəti 1876-cı ildə yaradılıb və kimya sahəsində çalışan tədqiqatçıları birləşdirir. Bu gün cəmiyyətin 160 mindən çox üzvü var. ACS-nin ildə iki dəfə keçirdiyi ümumi iclaslarda kimyanın bütün sahələrinin aktual problemləri müzakirə olunur. Eləcə də hər il kimyanın müəyyən sahələrinə həsr olunmuş konfranslar keçirilir. Amerika Kimya Cəmiyyəti tərəfindən dünyaca məşhur olan bir neçə elmi jurnal nəşr olunur.

JOURNALS
Useful links