News
Almaniyada doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır
Jan 28, 2021 | 11:18 / Education
Read 1946 time (-s)

Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin 2021-2022-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris ingilis dilində aparılacaq. Proqramda iştirak etmək istəyənlər yanvarın 31-dək müraciət edə bilərlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

JOURNALS
Useful links