News
Suyu parçalayan yeni fotokatalizator yaradıldı.
Jun 03, 2020 | 11:07 / Interesting information
Read 2543 time (-s)

İstixana qazlarının tullantıları səbəbilə planetin istiləşməsi davam etdiyindən, tədqiqatçılar avtomobildə benzinin yandırılmasına alternativlər axtarırlar, çünki əsasən bu faktlar karbon qazının tullantı halında atılmasına səbəb olur. Tədqiqatların əsas sahələrindən biri avtomobillərdə benzinin hidrogenlə əvəz edilməsi ilə bağlıdır. Bu qazın yanması zamanı heç bir atmosferə istixana qazı atılmır. Ancaq hidrogen energetikasından istifadə etmək iqtisadi cəhətdən sərfəli deyil.  Bir qrup yapon tədqiqatçıları məlum fotokatalizator olan stronsium titanatı elə modelləşdirdi ki, suyun parçalanmasına görə xarici kvant çıxımı 96% -ə çatdı.

Lakin tədqiqatçılar öz metodlarını real şəraitdə istifadə etməzdən əvvəl təkmilləşdirməlidirlər.

Tədqiqatçılar öz elmi nəticələrini Nature jurnalında dərc etmişlər.

JOURNALS
Useful links