News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa olunub
May 07, 2020 | 14:00 / Important events
Read 157 time (-s)

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 4 may tarixli sərəncamına əsasən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun işçilərinin fəaliyyəti qismən bərpa olunub.    

İnstitut rəhbərliyinin göstərişi ilə karantin rejimində fəaliyyətin təmin edilməsi üçün kadrlar şöbəsi gündəlik işə çıxmaları vacib əməkdaşların sayını (ümumi əməkdaşların sayının 30 faizindən çox olmaması şərtilə) müəyyənləşdirib və onların adı “icaze.e-gov.az” portalına yerləşdirilib.

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq institutun inzibati  binasının iş otaqları dezinfeksiya edilib, işçilərə pandemiya və karantin şəraitinin qaydalarına həm işdə, həm də ictimai yerlərdə ciddi riayət etmələri tövsiyə olunub.

İnstitutda rəhbərliyin və elmi şöbə müdirlərinin iştirakı ilə telekonfrans keçirilmiş, koronovirus pandemiyası dövründə təşkilatın fəaliyyəti təhlil edilmiş, qarşıda duran məsələlər barəsində fikir mübadiləsi aparılmış, görüləcək işlərin istiqamətləri müzakirə edilmişdir.

JOURNALS
Useful links