News
PhotoVideo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantlarn dərsləri onlayn davam etdirilir.
Apr 15, 2020 | 11:00 / Conferences, assemblies
Read 4052 time (-s)

Institutda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Fiziki kimya”, “Kimyəvi kinetika və kataliz” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan "Müasir fiziki-kimyəvi tədqiqat üsulları" fənnindən akademik Əjdər Məcidov, “Fotokimyəvi və zəncirvari reaksiyalar” fənnindən kimya üzrə elmlər doktoru, dosent Lətifə Həsənova tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

Bununla yanaşı II kurs magistrantlar  elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması  üzrə elmi-metodiki məsləhətlər verirlər. Qeyd edək ki, bu gün “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisası üzrə təhsil alan II kurs magistrant Rüstəmli Xədicə elmi -pedaqoji təcrübə çərçivəsində I kurs magistrantlara onlayn dərs keçmişdir.

Elmi –pedaqoji təcrübədə  institutun magistrantları ilə yanaşı, Polimer Materialları İnstitutunun və Radiasiya Problemləri İnstitutunun da magistrantları iştirak edir.

JOURNALS
Useful links