Announce
2021-ci il üçün Distant kurslar
Jan 27, 2021 | 18:02
Read 1483 time (-s)

Hörmətli həmkarlar!

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən təşkil edilən 2021-ci il üçün Distant kurslar barədə məlumatları Sizə göndəririk.

Təqdim olunan mövzuların tələbə və gənc tədqiqatçılar üçün faydalı olacağını nəzərə alaraq onların, həmçinin maraqlı şəxslərin kurslarda iştirakının zəruriliyini bildiririk.

Qeydiyyatdan keçmiş iştirakçıların təhsilinin ödənişsiz təmin olunması üçün paralel olaraq məlumatları Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə də göndərilməsini xahiş edir və bildiririk ki, kurslarda qeydiyyat cari ilin 21 mart tarixinə kimidir.

WIPO Academy

www.wipo.int › academy

Təqdim edilən saytdan istifadə etməyi xahiş edir, Sizi kurslarda qeydiyyata dəvət edirik.

Qoşma: Distant kurslar haqqında qeydiyyat, ixtisaslar və digər şərtlər haqqında rus və ingilis dillərində məlumatlar ____ vərəq

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin

tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası

Mərkəzinin Təlim, nəşr və informasiya – məsləhət xidmətinin təşkili şöbəsi email: a.ismayilov@patent.gov.az;

əlaqə telefonları: (012) 449 62 54; (050) 319 07 21

JOURNALS
Useful links