News
Photo
“Akademik Murtuza Nağıyev” mükafatının qalibi müəyyənləşdi
Oct 31, 2018 | 13:50 / Conferences, assemblies
Read 250 time (-s)

Oktyabrın 31-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş konfransın davamı olaraq gənc alimlərin çıxışları dinlənilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse- prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, bu gün konfrans çərçivəsində gənc alim və mütəxəssislərin çıxışları dinləniləcək və “Akademik Murtuza Nağıyev” adına mükafatın təqdimatı baş tutacaq. Sonra 5 nəfər gəncin elmi məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı.

Sonra akademik Dilqəm Tağıyev bildirdi ki, “Akademik Murtuza Nağıyev“ mükafatı 2013-cü ildən hər il elmdə nailiyyəti olan gənclərə verilir. Mükafatın təqdimatı ilə bağlı komissiyanın yaradıldığını bildirən akademik Dilqəm Tağıyev çıxış edən gənclərin bu mükafata iddialı olduğunu qeyd etdi. Komissiyanın daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun araşdıraraq namizədlərdən 1-nin fəaliyyətinin yüksək qiymətləndirdiyini bildirdi.    

Daha sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc mütəxəssisinin adını açıqladı. Tədbirdə müsabiqənin   qalibi elmi işçi İlahə Mehdiyevaya elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu təqdim olundu. Digər 4 gənc isə, həvəsləndirici mükafata layiq görüldü.

Sonda akademik D.Tağıyev gəncləri elmi və ictimai fəaliyyətdə aktiv olmağa səslədi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

JOURNALS
Useful links