Новости
Çirklənmiş suyu bakteriya və yosunlardan istifadə edərək təmizləməyin yolu tapılıb
Сен 15, 2023 | 10:28 / Интересная информация
Прочитано 563 раз (-а)

Yeni fotosintetik biokompozit material genetik cəhətdən dəyişdirilmiş siyanobakteriyalarla birləşmiş yosun əsaslı polimerdən ibarətdir.

"Nature Communications” jurnalında dərc olunan məqaləyə görə, bu birləşmə müxtəlif üzvi çirkləndiriciləri zərərsiz molekullara çevirən ferment istehsal edir.

San Dieqo Universitetinin professoru Con Pokorski və həmkarları belə bir material yaratmaq üçün dəniz yosunlarından əldə edilən təbii polimer olan alginatdan istifadə ediblər, onu gel əmələ gətirmək üçün nəmləndirdilər və siyanobakteriyalar kimi tanınan suda yaşayan fotosintetik bakteriyaların bir növü ilə qarışdırıblar.