Новости
Gənc alim və mütəxəssislər üçün yay düşərgəsi təşkil olunacaq
Авг 23, 2023 | 14:00 / Образование
Прочитано 790 раз (-а)

Sentyabr ayının 2-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda gənc alim və mütəxəssislər üçün yay düşərgəsi start götürəcək.

Düşərgə müddətində gənclərin xoş istirahəti təşkil ediləcək, müxtəlif təlimlər, seminarlar, idman və intellektual-əyləncəli yarışlar, müsabiqələr keçiriləcək.

Düşərgənin təşkilində başlıca məqsəd Azərbaycanın gənc elm adamlarının bir-biri ilə ünsiyyətini təşkil etmək, gələcəkdə həyata keçiriləcək elmi işlərin və layihələrin icrasında gənc alim və mütəxəssislərin fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.