Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Münhen şəhərində Beynəlxalq Konfransda iştirak etmişdir.
Авг 07, 2023 | 11:00 / Важные события
Прочитано 1970 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı, kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova  3-4 avqust 2023-cü il tarixlərində Almaniyanın  Münhen şəhərində ISER və Researchfora tərəfindən təşkil edilmiş “International Conference on Chemical and Environmental Science” adlı beynəlxalq konfransda iştirak edib.

Kimyaçı alim konfransda “COPPER (II) COORDINATION POLYMER WITH NEW N-(4-METHYLPYRIMIDIN-2-YL) PYRAZIN-2-AMINE LIGAND: SYNTHESIS, CRYSTAL STRUCTURE, AND PROPERTIES” adlı məruzəsi ilə çıxış edib və ən yaxşı təqdimat kateqoriyası üzrə sertifikata layiq görülüb.