Новости
Фото
Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz 4 medal qazanıb
Июл 26, 2023 | 12:30 / Важные события
Прочитано 1904 раз (-а)

İsveçrənin Sürix şəhərində təşkil edilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

107 ölkədən 321 məktəblinin iştirak etdiyi yarışda şagirdlərimiz 4 medal qazanıblar.

Olimpiadada iştirak edən məktəblilər – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X və XI sinif şagirdləri Nihad Hacızadə və Dəniz Səttarlı, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov bürünc medala layiq görülüblər.