Новости
Yapon alimlər yeni dişlərin yetişdirilməsi üsulunu test edəcəklər
Июл 21, 2023 | 12:56 / Интересная информация
Прочитано 630 раз (-а)

Uzun illər ərzində alimlər böyük məməlilərin orqanizmlərində yeni dişlərin yetişdirilməsi ideyasını reallaşdırmağa çalışıblar. Nəticədə Yaponiyadan olan tədqiqatçılar buna müxtəlif laboratoriya heyvanlarında nail ola biliblər. İndi isə bu ideyanın insanlar üzərində testlərinə start verilir. Bir neçə il ərzində olmuş araşdırmaların uğurlu nəticələri dişlərin innovasiyalı müalicəsinin qəbul edilməsini mümkün edə bilərlər. Sözügedən ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş texnologiyanın müəllifi olan Katsu Takahashi bildirib ki, o bu ideya üzərində hələ tələbəlik illərindən məşğul olmağa başlayıb.

Uzun illər ərzində aparılmış təcrübələr onu və onun komandasını USAG-1 adlı genin kəşf edilməsinə gətirib çıxarıblar. Məlumatda qeyd edilib ki, sözügedən genə təsir etməklə yeni dişlərin böyüməsini stimullaşdırmaq olar. 2018-ci ildə aparılmış təcrübi müalicə çərçivəsində mütəxəssislər siçanlarda yeni dişlərin böyüməsinə nail olmuşdular. Mütəxəssislərin aparmış olduqları müşahidələr nəticəsində məlum oldu ki, USAG-1 adlı gen müəyyən zülallar ilə qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Bu mexanizmin bloklanması öz növbəsində yeni dişlərin böyüməsinə təkan verən BMP zülalının siqnallarını ötürməyə imkan verir.

“Yeni dişlərin yetişdirilməsi ideyası hər bir stomatoloqun arzusudur. Bizim araşdırmalarımız bu ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş tibbi üsulun istifadəsinə yol açmalıdırlar” - deyə Katsu Takahashi qeyd edib. Bu üsulun insanlar üzərində ilk klinik testlərində doğuşdan bir və ya bir neçə dişin olmaması kimi genetik xəstəlikdən əziyyət çəkən insanlar iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, hüceyrə əsaslı təcrübi texnologiyalardan fərqli olaraq bu yeni üsul doğuşdan müşahidə edilən tibbi problemlər üzərində çalışmağa imkan verir. İnsanlar üzərində testlərə 2024-cü ilin yay fəslində start verilməlidir. Əgər hər şey yolunda getsə, mütəxəssislər sözügedən yeni müalicə üsulunu 2030-cu ilə kimi hamı üçün mümkün vəziyyətə gətirməyi planlaşdırırlar.