Новости
Фото
Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Türkiyənin İstanbul şəhərində keçirilmiş Kimya Konqresində məruzə ilə çıxış etmişdir
Июл 17, 2023 | 12:46 / Конференции, собрания
Прочитано 1626 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova 09-14 iyul 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində, İstanbul Texniki Universiteti, Süleyman Demirel adına Kültür Mərkəzində keçirilmiş “19th Asian Chemical Congress” ndə iştirak etmiş, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “HORİZON-2020” proqramı çərçivəsində Belçikanın, Almaniyanın, Niderlandın, İngiltərənin, Fransanın və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri  ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of Preparation Methods on Structure of MnOx-Na2WO4/SiO2 Catalysts and Their Activity in the Oxidative Condensation of Methane” mövzusunda məruzə ilə çıxış etmiş, konqres müddətində bir sıra aparıcı universitetlərin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparmışdır.