Новости
Фото
Şəkidə Gənc Alimlərin İnnovativ ideya düşərgəsi keçirilmişdir
Июл 03, 2023 | 11:01 / Конференции, собрания
Прочитано 1197 раз (-а)

26 iyun -1 iyul tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Şəkidə Olimpiya İdman Kompleksində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Gənc Alimlərin İnnovativ İdeya Düşərgəsi” baş tutmuşdur.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, düşərgənin əhəmiyyətindən, gənc alimlərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən danışıb. Natiq Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsinin gənc alimlərin inkişafına təkan verəcəyini qeyd edib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev də öz çıxışı zamanı bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Gənclər və İdman Nazirliyi ilə AMEA-nın Gənc Alim və Müətəxəssislər Şurasının gənclər üçün təşkil etdiyi yay düşərgələrinin mütəmadi hal aldığını, ötən il də respublikanın müxtəlif bölgələrində 3 fərqli istiqamətli düşərgələrin keçirildiyini qeyd edib.

Qeyd edək ki, düşərgənin proqramına əsasən düşərgə müddətində innovativ texnologiya və süni intellektin yaşıl enerji, tibb, kənd təsərrüfatı, təhsil və müxtəlif sahələrdə tətbiqinə dair mövzularda gənclər üçün elmi-praktiki təlim, seminar və mühazirələr təşkil edilmişdir. Düşərgənin son günündə  düşərgədə iştirak edən gənclərdən ibarət komandaların hazırladığı layihələr əsasında innovativ ideya yarmarkası təşkil edilmişdir. Həmçinin, düşərgə müddətində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intellektual-əyləncəli oyunlar, idman yarışları, müsabiqələr keçirilmişdir.

Düşərgədə həmçinin  institutumuzun bir sıra əməkdaşları-elmi işçi Günel Əzimova, kiçik elmi işçi Fatma Şıxıyeva və magistrant Namiq Novruzlu da iştirak etmiş və sertifikata layiq görülmüşlər. Əməkdaşlardan Namiq Novruzlu stolüstü tenis yarışı üzrə keçirilən oyunlarda qaliblər sırasında yer almış və mükafatlandırılmışdır.