Июн 21, 2023 | 14:08 / Образование
AMEA-nın Prezidentinin 18.05.2023-cü il tarixli 96№li sərəncamına əsasən 2022/2023 –cü tədris ilində “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Kompozisiya materialları kimyası” və Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə təhsilini başa vuran magistrantların magistrlik dissertasiyalarının müdafiəsinin keçirilməsi məqsədilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda yaradılmış ixtisaslaşdırılmış Elmi Şuranın iştirakı ilə II kurs magistrların dissertasiya işlərinin əsas müdafiəsi 19-20 iyun 2023-cü il tarixdə saat 1100-da keçirilmişdir.
Müdafiədə 12 magistr iştirak etmiş və müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.
İnstitutumuzun magistrlarından “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə Bayramova Flora Şəmsəddin qızı ən yüksək bal ( 98 ), “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə Ağamalıyeva Bəsti Elçin qızı ən yüksək bal ( 98 ), “Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə Əliyeva Elmira Fehruz qızı ən yüksək bal ilə ( 95 ) qiymətləndirilmişlər.