Новости
Saturnun peyki Enseladda bioloji həyat növünün formalaşması üçün lazım olan vacib komponent aşkar edilib
Июн 19, 2023 | 10:02 / Интересная информация
Прочитано 486 раз (-а)

Cassini adlı kosmik aparat tərəfindən əldə edilmiş məlumatları analiz edən zaman alimlər aşkar ediblər ki, Saturn planetinin peyklərindən biri olan Enseladın səthinin altında yerləşən okeanların tərkib hissələrində fosfatlar mövcuddur. Bu isə bioloji həyat növünün mövcud olması üçün lazımlı olan vacib kimyəvi maddələrdən biridir. Daha öncə alimlər Enseladda bioloji həyat növünün formalaşması üçün lazımlı olan digər komponentləri aşkar etmişdilər və yalnızca fosfor çatışmırdı. Onun da aşkar edilməsindən sonra Enseladda potensial bioloji həyat növünün mövcud olma ehtimalı daha da çoxalır. Fosfat formasında olan fosfor DNT-nin, RNT-nin və hüceyrə membranlarının formalaşması üçün lazımdır. Buna görə də Enseladda fosforun olub-olmaması məsələsi alimləri uzun müddət ərzində maraqlandırırdı.

1997-ci ildə göndərilmiş Cassini kosmik aparatı Saturn və Yupiter sistemlərinin müşahidə edilmələri üçün nəzərdə tutulmuşdu. 2005-ci ildən 2015-ci ilə kimi kosmik aparat Enselad ətrafında bir neçə dövr etmiş və Saturn sistemini müşahidə etmişdi. Azad Berlin Universitetinin planetar elm üzrə professoru Frank Postberg-in rəhbərliyi altında alimlərdən ibarət komanda Cassini tərəfindən əldə edilmiş məlumatları analiz edib. Məlumatlar artıq çoxdan yığılmış olsalar da, onların analizlərinin aparılması da uzun müddət vaxt tələb edib. “Bu məlumatlar 15 il ərzində NASA serverlərində olub. Aparat o qədər böyük həcmdə məlumatlar göndərib ki, biz onların hamısını missiya aktiv olan zaman analiz edə bilməmişik” - deyə Frank Postberg qeyd edib.

Məlumatların məhdud şəkildə aparılmış analizlərinin nəticələrinin 2017-ci ildə dərc olunmasından sonra alimlərdən ibarət komanda daha böyük həcmdə olan məlumatları analiz etmək üçün Avropa Tədqiqat Şurası tərəfindən maliyyələşdirilib. Frank Postberg bildirib ki, bioloji həyat növünün formalaşması üçün karbonhidrogenazotoksigenfosfatlarfosfor və kükürd lazımdır. Bu komponentlər arasında Cassini tərəfindən əldə eidlmiş məlumatlarda aşkar edilməmiş təkcə fosfatlar idi. Mütəxəssislər bildiriblər ki, Yer kürəsi çərçivəsində suda fosfat birləşmələrinin olması bioloji produktivlik üçün mühüm rol oynayır. Bir qayda olaraq bu faktor digər planetlərin həyat növünün dəstəklənməsi üçün potensiala sahib olub-olmaması mövzusunda həlledici rol oynayır.