Новости
Фото
Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun sabiq doktorantı Abbasov Mahir Yaşar oğlunun dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Июн 13, 2023 | 14:00 / Образование
Прочитано 1233 раз (-а)

13 iyun 2023 cü il tarixində saat 11:00-da ETN-nin akad. M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 15 saylı laboratoriyasının sabiq doktorantı Abbasov Mahir Yaşar oğlunun  2316.01- «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə “Tsiklopentan və metiltsiklopentanın oksidləşdirici çevrilmə reaksiyaları üçün effektiv katalizatorların işlənməsi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun 1, 7, 12, 13, 18 və 15 saylı laboratoriyalarının əməkdaşları iştirak etmişlər.

Elmi rəhbər: t.e.d., akad.  A.M.Əliyev

Dissertasiya işini təqdimatından və rəyçilər k.ü.f.d., dosent, b.e. i. Pəri Muradova və k.ü.f.d., a.e.i. Nuranə Məlikovanın çıxışından sonra iştirakçılar tərəfindən iddiaçıya verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda doktorant Abbasov Mahir Yaşar oğlunun dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.