Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Июн 08, 2023 | 15:19 / Образование
Прочитано 1265 раз (-а)

07.06.2023-cü il tarixində, saat 11.00-da Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya” kafedrasının sabiq dissertantı İsgəndərova Aynur Əbülfət qızının kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə təqdim etdiyi “Modifikasiya olunmuş HZSM-5 seolit katalizatorları iştirakında benzolun etanolla selektiv alkilləşməsi” mövzusunda keçirilmiş dissertasiya işinin elmi seminarının sonunda bu işin növbəti mərhələyə keçirilməsinə yekdilliklə müsbət səs verilmişdir. “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın sədri k.e.d., prof. Arif Əfəndi, elmi katib k.ü.f.d. Bilqeyis İsmayılova.

Rəyçilər: k.e.d., prof. Nazim Şəmilov, k.e.d. Mina Münşiyeva.