Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının Scopus bazasında olan “Condensed Matter and Interphases” jurnalında «Phase equilibria in the Cu2SnSe3 –Sb2Se3 –Se» məqaləsi dərc olunmuşdur.
Июн 07, 2023 | 14:21 / Публикации
Прочитано 661 раз (-а)

Məqalədə qeyd olunur ki, mis-qalay və mis-stibium mürəkkəb xalkogenidləri ekoloji cəhətdən təmiz və ucuz yeni termoelektrik materialların işlənib hazırlanması üçün perspektivlidir. Son zamanlar bu birləşmələrdə müxtəlif kation və anion əvəzləmələr etmək yolu ilə termoelektrik göstəricilərini artırmaq imkanlarına görə tədqiqatçıların daha çox marağına səbəb olmuşdur.

Bu məqalədə mis xalkogenidləri əsasında çoxkomponentli sistemlərin tədqiqinin davam etdirildiyi və Cu2SnSe3 –Sb2 Se3 –Se sistemində faza tarazlığının tədqiqinin nəticələri haqqında məlumat verilir.

Tədqiqat diferensial termiki analiz və rentgen şüalarının difraksiyasından istifadə etməklə aparılmışdır.

Təcrübi məlumatlara əsasən, faza diaqramının üç politermik kəsiyi tədqiq edilmiş, likvidus səthinin proyeksiyası qurulmuş, fazaların ilkin kristallaşma sahələri, non- və monovariant tarazlıqların təbiəti və temperaturları təyin edilmişdir. Müəyyən edilmişdir ki, likvidus  səthi Cu2SnSe3 və Sb2Se3  fazalarına əsaslanan iki əsas kristallaşma sahəsindən ibarətdir.  Elementar selenin ilkin kristallaşma sahəsi cırlaşmışdır. Sistemdə iki maye fazadan ibarət geniş təbəqələşmə sahəsi müşahidə edilir.

E. N. Ismayilova, L.F.Məşədiyeva, I. B. Bəxtiyarlı, M. B. Babanlı «Phase equilibria in the Cu2SnSe3 –Sb2Se3 –Se». “Condensed Matter and Interphases” 2023;25(1): 47–54. https://doi.org/10.17308/kcmf.2023.25/10973