Новости
İnsan fəaliyyəti təbiətə qarşı qırmızı xətləri aşıb
Июн 05, 2023 | 08:50 / Интересная информация
Прочитано 430 раз (-а)

İnsan fəaliyyəti iqlim, biomüxtəliflik, su və digərləri də daxil olmaqla yer sisteminin səkkiz əsas aspektinin təhlükəsizlik sərhədlərini aşıb.

Bununla bağlı araşdırma “Nature” jurnalında dərc edilib.

Bu, planet və bəşəriyyət üçün təhlükə yaradır, təmiz suya çıxışın olmaması, ərzaq təhlükəsizliyinin azalması mənfi nəticələrə gətirib çıxarır.

Alimlər sərhədlərin çoxunun artıq keçdildiyi barədə xəbərdarlıq edir və qlobal temperatur artımını məhdudlaşdırmaq tədbirləri görməyə çağırırlar.

Tədqiqat həmçinin faktiki olaraq bütöv ekosistemlərin qorunmasının və azot gübrələrindən istifadənin azaldılmasının vacibliyini vurğulayır.

Bir sistemin təhlükəsizlik hədlərini aşmaq planetin digər aspektlərinə mənfi təsir göstərə bilir.