Новости
Фото
Azərbaycan-Fransız Universitetinin (UFAZ) IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında tədris təcrübələri keçirlər
Апр 26, 2023 | 13:25 / Образование
Прочитано 1282 раз (-а)

“Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasında tələbələr polimerlər əsasında hidrogellərin sintezi və onlara  bioloji aktiv birləşmələrin immobilizə olunması üzrə aparılan təcrübələrdə, eləcə də, alınmış polimer hidrogellərin ultrabənövşəyi lampa vasitəsilə tikilmə prosesində əyani olaraq iştirak edirlər.

Bununla yanaşı onlar polimer əsaslı sorbentlərin sintezi prosesini və onların fiziki-kimyəvi tədqiqini, sorbsiya xüsusiyyətlərini öyrənirlər.

“Nanokarbon  katalizatorları  iştirakında  hidrogen  peroksidlə  oksidləşmə” laboratoriyasında k.ü.f.d.,dos. Y.Nağıyev tələbələri müxtəıif cihazlardan (iki thermostat və qarışdırıcı mühərrik) hazırlanmış  kinetik  qurğuda Fe tərkibli nano karbon katalizatorunun iştirakı ilə neftdən alınmış paraffin-naften karbohid-rogenlərinin  maye fazada  aerob  oksidləşmə reaksiyasının kinetikasının təyini və prosesdə udulan oksigenin miqdarının zamandan  asılılıq qrafikinin qurulması,  reaksiyanın sürətinin müəyyən olunması haqqında məlumatlandırdı.

Aparıcı elmi işçi Əsgər Hüseynov tələbələrə çox divarlı karbon nanoboruların alınması üçün laboratoriyada quraşdırılmış qurğu haqqında geniş məlumat verdi.