Новости
Фото
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında tədris təcrübələri keçirlər.
Апр 14, 2023 | 10:11 / Образование
Прочитано 1233 раз (-а)

“Molekulyar maqnetiklər və keçiricilər” laboratoriyasında hidrazon liqandı ilə Zn(II) kompleksinin sintezı və  sintez edilmiş kompleksin ərimə temperaturunun təyini əyani  olaraq  tələbələrə göstərilmişdir.

“Analitik kimya” laboratoriyasında kompleks birləşmələrinin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi və etoksiakridinin azotörəmələri ilə yeni ekstraksiyalı fotometrik təyini üsulları haqqında məlumat verilmişdir.

“Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasında tələbələrə əyani təcrübələri izləmək imkanı yaradılmışdır. ME520TA metaloqrafiq  mikroskopun işləmə prinsipi haqqında ətraflı məlumat verilmiş və əyani olaraq bir sıra nümunələri mikroskopla tədqiq etmişlər.

“Reniumun ərintilərinin elektrokimyası və elektrokatalizi” laboratoriyasında renium ərintilərinin elektrokimyəvi yolla alınması prosesini əyani olaraq tələbələrə göstərilmiş, sonra tələbələr renium ərintisinin tərkibini analiz etmək məqsədilə SPECORD 50 PLUS cihazının iş prinsipi ilə tanış olmuşlar.