Новости
Məhsulların ömrünü uzatmaq üçün xüsusi örtük hazırlanıb
Апр 07, 2023 | 10:23 / Интересная информация
Прочитано 638 раз (-а)

Texasın Rays Universitetinin tədqiqatçısı Məhəmməd Rəhman tez xarab olan tərəvəz və meyvələri qoruyan örtük yaradıb.

Alimin sözlərinə görə, bioloji parçalana bilən nanokompozit yumurta ağı örtüyü meyvə və tərəvəzlərə asanlıqla tətbiq olunur və onları mikrob hücumlarından və qurumadan qoruyur.

İndi bu məqsədlə məhsullara mum tətbiq olunur, lakin alimin təklif etdiyi yenilik ekoloji cəhətdən daha təmizdir və böyük maliyyə xərcləri tələb etmir.

İxtira ABŞ Milli Elm Fondunun “İnnovasiya və Texnologiya üçün Tərəfdaşlıq” mükafatına layiq görülüb. Ərzaq keyfiyyətinin qorunmasının vacibliyini çox qiymətləndirmək həqiqətən çətindir.

Hər il təkcə ABŞ-da istifadə olunmamış ərzaq ehtiyatlarının 30-40%-i atılır və ümumiyyətlə, mütəxəssislərin fikrincə, bütün meyvə və tərəvəzlərin yarıdan çoxu tullanılır.