Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirtdi.
Апр 03, 2023 | 12:25 / Встречи
Прочитано 1556 раз (-а)

İstitutun Baş direktoru akademik Dilqəm Tağıyev İnstitutun laboratoriyalarında 16.02.23-ci il tarixdən 25.05.23-cü il tarixədək tədris təcrübəsi keçən BDU-nin Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirtdi. Görüşdə Dilqəm Tağıyev tələbələrdən laboratoriyalarda hansı tədqiqat işləri ilə tanış olduqlarını və onlar üçün daha maraqlı olan təcrübələr haqqında fikirlərini soruşaraq bu tədris təcrübəsinin gələcəkdə onlar üçün vacib olduğunu nəzərə çatdırdı.

Akademik Dilqəm Tağıyev tədris təcrübəsi keçən tələbələrə təhsildə uğurlar arzuladı və İnstitutda tədris təcrübəsi keçdikləri ilə əlaqədar olan sertifikatları onlara təqdım etdi.