Новости
Фото
İnstitutumuzun əməkdaşları “İstinadda rekord” və “İlin gənc alimi diplomu” ilə təltif olunmuşlar.
Мар 28, 2023 | 15:01 / Важные события
Прочитано 1425 раз (-а)

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Elm günü çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən bir sıra alimlərə Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri fərmanları, döş nişanları, AMEA-nın “İstinadda rekord”, “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə”, “Əmək veteranı vəsiqəsi”, “İlin gənc alimi diplomu” mükafatları və “Uğurlu məruzəyə görə” təşəkkürnamələr təqdim olunub.

Tədbirdə İnstitutumuzun əməkdaşlarından direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “İstinadda rekord” və Gənc alimlər Şurasının sədri, 13 saylı “Ekoloji kataliz” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “İlin gənc alimi diplomu” ilə təltif olunmuşlar.