Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının Türkiyəyə zəlzələdə zərərçəkən insanlara yardımı
Фев 08, 2023 | 11:36 / Важные события
Прочитано 1521 раз (-а)

Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 30, 3, 23 saylı laboratoriyalarının bir necə əməkdaşı Türkiyədə baş vermis dəhşətli zəlzələdə zərərçəkən insanlara humanitar yardım məqsədilə kişi, qadın və usaqlar üçün əsasən qış paltarlarından ibarət bağlamalar hazırlayaraq, müvafiq toplama məntəqəsinə göndərmişdir. Allah faciədə həyatını itirənlərə rəhmət eləsin, xəsarət alanlara tezliklə şəfa versin. Türk millətinin acısı bizim acımızdır. Uca Allahdan bütün türk xalqına güc və səbr diləyirik.