Новости
Yer kürəsinə yaxın ulduz ətrafında həyat üçün münbit şəraitə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Фев 07, 2023 | 10:00 / Интересная информация
Прочитано 599 раз (-а)

Müasir astronomik alətlər Yer kürəsi ölçüsündə olan ekzoplanetlərin kütləvi şəkildə kəşf edilməsi üçün yetəri qədər həssaslığa sahib deyillər. Buna görə də kəşf edilmiş 5200 ədəd ekzoplanet arasında Yer kürəsinə bənzəyən planetlərin sayı 1.5%-dən azdır Potensial olaraq həyat növünün yarana biləcəyi planetlərin sayı isə qat-qat azdır. Buna görə də həyat üçün münbit şəraitə sahib ola biləcək və Yer kürəsinə oxşar planetlərin kəşf edilməsi çox qiymətlidir. Bir neçə müddət bundan öncə isə alimlər bu cür yeni ekzoplanet kəşf ediblər. Belə ki, alimlər planetimizdən 31 işıq ili uzaqlığında yerləşən Wolf 1069 adlı qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında Yer kürəsinə bənzəyən planetin mövcudluğunu sübut edən məlumatlar əldə ediblər. Planet tranzit üsulu vasitəsilə aşkar edilib.

Belə ki, planet öz orbiti üzrə hərəkət zamanı ulduzunun diski qarşısından keçən zaman ulduzun parlaqlıq səviyyəsi aşağı düşür. Bununla da ulduz sistemində böyük ölçülü kosmik obyektin olduğu təyin edilir. Alimlər kəşf edilmiş yeni ekzoplanetə Wolf 1069b adını veriblər. Sözügedən planetin kütləsi Yer kürəsinin kütləsindən 1.26 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Wolf 1069 ulduzunun parlaqlıq səviyyəsi hər 15.6 sutkadan bir aşağı düşür. Bu isə o deməkdir ki, Wolf 1069b onun ətrafında tam dövrü məhz 15.6 sutkaya reallaşdırır. Burdan da alimlər belə qənaətə gəliblər ki, yeni ekzoplanet öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə hərəkət edir.