Новости
Planetdə hərəkət edən ən kiçik varlıq - süni bakteriya yaradılıb
Дек 05, 2022 | 12:39 / Интересная информация
Прочитано 655 раз (-а)

ABŞ genetikləri hələ bir neçə il öncə genlərin minimal sayını özündə saxlayan sintetik mikroorqanizm yaratmışdılar. İndi isə yapon alimləri bu hüceyrələrə hərəkət etməyi öyrədiblər. Müəyyən edilib ki, bunun üçün cəmi bir neçə əlavə zülal cütü kifayətdir.

Osaka Şəhər Universitetindən olan bioloqlar yeni tədqiqatları nəticəsində sintetik orqanizm yaratmağa müvəffəq olublar. Bu orqanizm maye daxilində hərəkət etmək imkanına malikdir.

Məqalə "Scientific Advances" jurnalında dərc edilib.

Syn-3 sintetik mikrobunun modifikasiya olunan hüceyrələri spiralşəkilli forma əldə etməyə və deformasiyalar hesabına aktiv hərəkət imkanına malik olublar. Bundan başqa, alimlər müəyyən ediblər ki, onlarda seçmə yolu ilə yeni genlərin aradan qaldırılması effektinin əldə olunması üçün cəmi iki zülal - MreB4 və MreB5 və ya MreB1 və MreB5 kombinasiyaları kifayətdir. Syn-3-ün bu kimi hüceyrələrlə təchiz edilmiş cütlüyü yerdəyişmə qabiliyyətini saxlayıb.