Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi İmpakt Faktoru 2.081 (CA) olan “Reaction Kinetics, Mechanisms and Catalysis” jurnalında dərc olunub
Ноя 10, 2022 | 13:58 / Публикации
Прочитано 840 раз (-а)

Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – akademik Tofiq Nağıyevin rəhbərliyi altında dos. Lətifə Həsənova, elmi işçi Gülşən Nəhmətova və Tomsk Dövlət Universitetinin əməkdaşlarının  – prof. O. V. Vodyankina,  prof. E. M. Dəhnəvi – birgə müəllifliyi ilə “Web of Science” beynəlxalq indeksləşmə bazasında  Web of science, Clarivate Analytics (CA=2.081) jurnallar siyahısına daxil olan “ Reaction Kinetics, Mechanisms and Catalysis” 02 noyabr 2022- ci il tarixli jurnalında  “Coherently synchronized reaction of methane oxidation by green oxidizer–hydrogen peroxide – over the biomimetic catalyst iron pentafluorotetraphenylporphyrin deposited on alumina” adlı məqaləsi dərc olunub.

Məqalədə nanostrukturlu dəmir pentafluortetrafenilporfirin katalizatorunun iştirakında metanın hidrogen peroksidlə birbaşa metanola effektiv çevrilməsi prosesindən bəhs edilir.

G. Ch. Nahmatova, L. M. Gasanova,  O. V. Vodyankina, E. M. Dakhnavi,  T. M. Nagiev  “Coherently synchronized reaction of methane oxidation by green oxidizer–hydrogen peroxide – over the biomimetic catalyst iron pentafluorotetraphenylporphyrin deposited on alumina”. “Reaction Kinetics, Mechanisms and Catalysis”.

https://doi.org/10.1007/s11144-022-02300-z