Новости
Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulunu yaradıblar
Окт 03, 2022 | 09:44 / Интересная информация
Прочитано 883 раз (-а)

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıblar. Sözügedən kapsul bağırsaqdakı selik vasitəsilə özünə yol açaraq insulini hüceyrələrə çatdıra bilir. Donuzlar üzərində aparılmış testlər onu göstərib ki, RoboCap kapsulu adi kapsullardan fərqli olaraq 20-40 dəfə daha çox dərman preparatı çatdıra bilər. Daha sonra isə sözügedən yeni dərman kapsulu həzm sistemi vasitəsilə təhlükəsiz şəkildə orqanizmdən çıxır. RoboCap adi dərman kapsulunu xatırladır. Lakin buna baxmayaraq o, robotlaşdırlmış qapağa sahibdir və jelatın ilə örtülüb. Jelatin örtük öz növbəsində incə bağırsaqdakı müəyyən pH göstəricisinə cavab olaraq parçalanır. Bu proses öz növbəsində kapsuldakı kiçik ölçülü mühərriki işə salır. Həmin mühərrik isə kiçik ölçülü bioloji batareya ilə qidalanır.

Nəticədə mühərrik dərman kapsulunu hərəkətə gətirir. Dərman kapsulunun sahib olduğu mexanizmin fırlanma hərəkəti RoboCap-a bağırsaqdakı selikli baryerə daxil olmağa imkan verir. Bu proses çərçivəsində kapsul öz daxilindəki dərman preparatının yerləşdiyi xüsusi hissəni parçalamağa aşlayır. RoboCap adlı robotlaşdırılmış dərman kapsulunun donuzlar üzərində aparılmış testləri zamanı mütəxəssislər insulini donuzların hüceyrələrinə uğurlu şəkildə çatdıra biliblər. Ümumi hesablamalara əsasən adi dərman kapsullarından fərqli olaraq RoboCap-ın çatdırma potensialı 2000-4000% daha yüksəkdir. Qeyd etmək lazımdır ki, sözügedən kapsul vasitəsilə dərman preparatının hüceyrələrə çatdırılması zamanı zədələnən selikli lay bir neçə saat ərzində yenidən bərpa olur. Nəzəri cəhətdən bu texnologiya insulindən asılı olan insanlara gündəlik iynə vurulması prosesindən adi dərman qəbulu prosesinə keçid etməkdə yardımçı ola bilər.