Новости
Фото
Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
Окт 14, 2021 | 19:00 / Конференции, собрания
Прочитано 2419 раз (-а)

Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin doktorantı Allazova Nigar Mahmud qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi CuInSe2-Ge(Sn,Pb)-Se sistemlərinin tədqiqi və alınmış fazaların xassələri” mövzusunda dissertasiya işininin təqdimatı və geniş müzakirəsindən sonra şura üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir.