Новости
Фото
Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
Окт 14, 2021 | 18:40 / Конференции, собрания
Прочитано 2339 раз (-а)

14.10.2021-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin doktorantı Qənbərova Günel Tapdıq qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Nd-BV-Se(BV-Sb,Bi) üçlü sistemin kimyəvi qarşılıqlı təsirin tədqiqi alınmış fazaların xassələri” mövzusunda dissertasiya işininin təqdimatı və geniş müzakirəsindən sonra şura üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir.