Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları onlayn keçirilən Beynəlxalq Konfransın sertifikatına layiq görülmüşlər.
Сен 16, 2021 | 11:47 / Конференции, собрания
Прочитано 2682 раз (-а)

10-12 sentyabr  2021-ci il tarixində Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin təşkilatçılığı ilə Təbiət elmləri üzrə  1-ci Beynəlxalq Konqress (ICNAS-2021) və Fundamental və tətbiqi elmlərin son nailiyyətləri üzrə 1-ci Beynəlxalq Simpozium (ISFAS-2021) keçirilmişdir. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Elnur Oruclu, Aytən Ağazadə, Elvin Əhmədov, İlahə Qocayeva və başqaları  konfransda müxtəlif məruzələrlə  çıxış etmiş və sertifikata layiq görülmüşlər.