Новости
İnstitutun direktor müavini Beynəlxalq konfransda iştirak etmişdir
Окт 31, 2016 | 12:10 / Конференции, собрания
Прочитано 4910 раз (-а)

İnstitutun Elmi işlər  üzrə direktor müavini, AMEA- nın müxbir üzvü Məhəmməd Babanlı cari ilin oktyabr ayının 26-dan 30-dək Makedoniyanın Skopje şəhərində keçirilən  “Kimya və texnologiya üzrə 2-ci Beynəlxalq türk dünyası” konfransında iştirak etmışdir. Alim konfransda "Metal xalkogenidləri əsasında 3D topoloji  izolyatorların kimyəvi dizaynı" mövzusunda plenar məruzə ilə çıxış etmiş və konfransın bağlanış  iclasına sədrlik etmişdir.