Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan –Fransa Universitetinin magistrantları elmi təcrübə keçirlər.
Апр 26, 2021 | 14:00 / Конференции, собрания
Прочитано 3385 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan –Fransa Universitetinin (UFAZ) magistrantları elmi təcrübə proqramına başlayıblar. Təcrübə proqramı İnstitutun “Mineral xammalın kompleks emalı”, “Koordinasiya birləşmələri”, “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası”, “Nano- və elektrokataliz”, “Qeyri-üzvi funksional materiallar” və “Fiziki-kimyəvi analiz” şöbələrində ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.

Proqramda UFAZ-ın “Fiziki kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə magistratura pilləsində təhsil alan 9 magistrant iştirak edəcəkdir. Magistrantlar 5 həftə ərzində təhkim olunduqları şöbələrdə əvvəlcədən təsdiq olunmuş mövzular üzrə elmi-tədqiqat işləri aparacaq və sonda apardıqları işlərin yekunu olaraq referat hazırlayacaqlar və universitetə təqdim edəcəklər.

Qeyd edək ki, təcrübənin keçirilməsi hər iki müəssisənin rəhbərliyinin öncədən razılaşmasından sonra baş tutmuşdur.