Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir
Дек 07, 2020 | 10:00 / Образование
Прочитано 3257 раз (-а)

Koronavirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir.  “Fiziki kimya”, Qeyri-üzvi kimya”, “Kompozisiya materiallar kimyası”, ”Kimyəvi kinetika və kataliz” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslarında təhsil alan I və II kurs magistrantlara tədris planlarında nəzərdə tutulan ”Keçid elementlərinin kimyası” fənnindən professor İxtiyar Bəxtiyarlı, “Ərintilərin elektrokimyası” fənnindən k.ü.e.d. Elza Salahova, “Neft-kimya proseslərinin sistemli analizi və kompüter modelləşdirilməsi” fənnindən dosent Qoşqar Əliyev, “Sorbentlər və onların fiziki-kimyəvi xassələri” fənnindən dosent səadət Məmmədova, “Seolit Katalizi” fənnindən dosent Ülvi Nəcəfquliyev, “Polimer kompozisiyaların analizi”  fənnindən k.ü.f.d. Rəna Əhmədova  tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.