Новости
Məşhur həkim koronavirusu yüngül keçirməyin şərtini açıqladı
Окт 29, 2020 | 09:50 / Интересная информация
Прочитано 2331 раз (-а)

Bədənin koronavirus infeksiyası da daxil olmaqla müxtəlif viruslarla mübarizə aparması üçün immun sistemini hazırlamaq lazımdır. Eyni zamanda mütəxəssis infeksiya riskindən tamamilə qorunmağın hələ mümkün olmayacağını söyləyir.

Rusiya mətbuatına istinadən, allerqoloq-immunoloq Vladimir Bolibok immuniteti möhkəmləndirməyin yollarını açıqlayıb.

“Sağlam qidalanma, vitaminləşmə, lazımi miqdarda mikroelementlərin alınması immuniteti yaxşı səviyyədə saxlayır. Bütün bunlar immuniteti xəstəliklərə qarşı durmağı təmin edən amillərdir”, - Bolibok Komsomolskaya Pravda radiosunun efirində deyib.

Doktor bu metodların sizi COVID-19 infeksiyasından qorumayacağını, ancaq immunitetin xəstəliyin öhdəsindən daha asan və daha sürətli gəlməsinə kömək edəcəyini açıqlayıb. Bundan əlavə, onların sayəsində infeksiya yüngül bir formada keçə bilər.