Новости
BBC-nin müxbiri Gəncəyə hücumdan yazdı
Окт 12, 2020 | 09:43 / Важные события
Прочитано 981 раз (-а)

“Bu ərazidə heç bir hərbi hədəfə rast gəlmədik. Burada sadəcə yaşayış binaları və mağazalar var”.

Bunu Gəncəyə səfər edən BBC-nin müxbiri Orla Gerin özünün “Twitter” hesabında yazıb.

“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Dağlıq Qarabağ cəbhəsindən təxminən 60 kilometr məsafədə yerləşir”, - deyə Orla Gerin qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.