Новости
Фото
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.
Июн 30, 2020 | 10:00 / Конференции, собрания
Прочитано 511 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib. Onlayn iclasda İnstitutunun 5 magistrantı dissertasiya işini müdafiəyə təqdim edib.

Qeyd edək ki, İnstitutda AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə, Kimya ixtisasından "Qeyri-üzvi kimya", "Fiziki kimya", "Kimyəvi kinetika və kataliz", "Nanomateriallar kimyası" ixtisaslaşmaları üzrə və AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun sədrliyi ilə, Kimya ixtisasından "Yüksəkmolekullu birləşmələr kimyası", "Komposiziya materialları kimyası", "Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi" ixtisaslaşmaları üzrə İxtisaslaşdırılmış Şuralar yaradılmışdır.

Onlayn keçirilən müzakirələrdə hər bir iş üzrə iddiaçılara suallar verilib, geniş müzakirələr aparılıb, dissertasiya işlərinin aktuallığı, iddiaçıların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edib. Müdafiə Şurası Quliyeva Cəmilə, Abışova Nuray, Abbaslı Telli və Rüstəmli Xədicənin magistrlik işlərini yüksək balla qiymətləndirərək, fərqlənmə diplomuna tövsiyə edib. Onlayn iclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İdarənin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.